Seçicilər “hə” dedilər... - Turanda görüşlər
Çıxış edənlər IV və V çağırış Milli Məclisində onları təmsil etmiş C. Feyziyevin fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd keçən çağırış Milli Məclis müddətində ona ünvanlanmış müraciətlərdən və bu müraciətlər əsasında görülmüş işlərdən danışıb. C. Feyziyev ölkə miqyasında aparılan geniş islahatlardan danışıb, seçki dairəsi ərazisindəki mövcud problemlərdən də xəbərdar olduğunu və gələn seçkilərdə ona etimad göstəriləcəyi halda bu problemlərin həlli ilə bağlı da müvafiq tədbirlərin görüləcəyini bildirib.
Görüşə qatılan seçicilər C.Feyziyevə ölkənin daxili və xarici siyasəti ilə bağlı onları maraqlandıran sualları səsləndiriblər. Sualları cavablandıran deputatlığa namizəd ölkə rəhbərliyi tərəfindən aparılan daxili və xarici siyasətin əsas istiqamətləri, bu siyasətin ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə yönəldiyini vurğulayıb. Çıxışçılar həm dairə ərazisində, həm də üzvü olduğu Beynəlxalq münasibətlər Komitəsində Cavanşir Feyziyevin apardığı fəaliyyəti yüksək qiymətləndirib və qarşıdan gələn seçkilərdə ona uğurlar arzulayıblar.
Azvision.az
Teqlər: CavanşirFeyziyev Namizəd