“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqləndi

“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqləndi
  26 Yanvar 2020    Oxunub:2530
Azərbaycanda “Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib.
Azvision.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamının 3.2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Turizm Reyestrinin aparılma Qaydası” təsdiq olunub.

Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Qərar   Turizm  





Xəbər lenti