Bakıda keçmiş məhkumdan silah götürülüb

Bakıda keçmiş məhkumdan silah götürülüb
  25 Yanvar 2020    Oxunub:2429
Bakı sakinindən tapança götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N. Hüseynovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 3 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti