İt dişləməsindən ölən məktəbli ilə bağlı rəsmi məlumat

İt dişləməsindən ölən məktəbli ilə bağlı  rəsmi məlumat
  25 Yanvar 2020    Oxunub:3620
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) it dişləməsindən sonra ölən şagirdlə bağlı məlumat yayıb.
TƏBİB-dən Azvision.az -a bildirilib ki, 4-cü sinif şagirdi Ömərov Polad ötən il dekabr ayının 29-da saat 12:30-da 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İt dişlədiyi yara cərrahi işlənib, antirabik vaksin vurulub və qohumlarına izah olunub ki, poliklinikaya müraciət etsinlər, eləcə də yaralıya digər iynələr vurulsun:

“Hadisə barədə Xəzər rayonu Gigiyena və Epidemiologiya Mərkəzi və 26 saylı poliklinikaya məlumat verilib. Uşağın valideynlərinə dəfələrlə izah edilib ki, mütləq qaydada digər iynələr vurulmalıdır. Bu gün aldığımız məlumata görə, iki dəfə iynə vurdurublar, daha sonra isə poliklinikaya getməyiblər”.

Qeyd edək ki, Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. Hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.

Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti