Azərbaycanlı tələbələr zəlzələ zonasından təxliyə edilir

Azərbaycanlı tələbələr zəlzələ zonasından təxliyə edilir
  25 Yanvar 2020    Oxunub:6015
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyə edilməsinə başlanılıb.

Azərbaycanın Türkiyədəki səfirliyindən Azvision.az-a verilən məlumata görə, Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin təbii fəlakət bölgəsindən çıxarılması üçün iki avtobus ayrılıb.
Birinci avtobus yerli vaxtla saat 17:00-da Elazığ şəhərindən Azərbaycana yola düşüb. Təbii fəlakət bölgəsindən çıxarılan tələbələrin Naxçıvana aparılması, oradan təyyarə ilə Bakıya yola salınması planlaşdırılır. İkinci avtobus isə Malatya şəhərindən yola çıxacaq.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi ilə bağlı tapşırıq verib.

Azvision.az



Teqlər: Türkiyə   Səfirlik  





Xəbər lenti