Polis bir neçə cinayətin üstünü açdı

Polis bir neçə cinayətin üstünü açdı
  25 Yanvar 2020    Oxunub:1894
Yanvarın 19-da 28 May küçəsindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş C.Kərimov Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onunla bağlı aparılmış tədbirlərlə həmin şəxsin daha bir mağazadan noutbuk oğurlaması müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxt sakini E.Sadıqovun 1000 manat pulunu oğurlamaqda şübhəli bilinən Mingəçevir sakini E.İsmayılov Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Bakı şəhər sakini R.Hüseynovun pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini D.Rüstəmzadəni isə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları yaxalayıblar.

Faktlarla bağlı araşdırmalar davam edir.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti