Keçmiş məhkumdan narkotik vasitə götürülüb

Keçmiş məhkumdan narkotik vasitə götürülüb
  25 Yanvar 2020    Oxunub:1781
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Mais Məmmədovu həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis şöbəsində M.Məmmədovun üzərində axtarış aparılan zaman polietilen torbada 265 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində təhqiqat aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti