Tanışının evini qarət edən şəxslər saxlanıldı

Tanışının evini qarət edən şəxslər saxlanıldı
  25 Yanvar 2020    Oxunub:1665
Bakıda tanışının evindən oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdərisinin 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Səfərov yanvarın 14-də yaşadığı evə gəlmiş 2 nəfər tanışının açıq talama yolu ilə oradan 218 manat pul aparmalarını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Həziyev və Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Y.Məmmədov müəyyən edilərək saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Azvision.az


Teqlər: DİN   Oğurluq   Cinayət  





Xəbər lenti