Qanunsuz ov edən şəxsdən sənədsiz tüfəng götürülüb

Qanunsuz ov edən şəxsdən sənədsiz tüfəng götürülüb
  25 Yanvar 2020    Oxunub:2795
Cəlilabadda qanunsuz silah aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Günəşli kəndi ərazisində qanunsuz ov edən kənd sakini Ş. Hüseynov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Cəlilabad   Ov   Tüfəng  





Xəbər lenti