İlham Əliyev Ərdoğana başsağlığı verdi

 İlham Əliyev Ərdoğana başsağlığı verdi
  25 Yanvar 2020    Oxunub:8380
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərin onu son dərəcə sarsıtdığını bildirib.

“Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Ərdoğan  





Xəbər lenti