Bakı polisi “feyk” xəbərlərlə bağlı müraciət etdi
Azvision.az -ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunda bu barədə konkret müddəa var.
Qeyd edilib ki, bəzi jurnalistlərlə yanaşı, sosial şəbəkə istifadəçiləri də rastlaşdığı faktı, yaxud “feyk” xəbəri rahatlıqla ictimailəşdirir. Bəzən əsassız yayılan informasiyanın dəqiqləşdirilməsi üçün saatlarla vaxt lazım olur. İnformasiya saytları ilə yanaşı, sosial mediada həmin məlumatlar kütləvi paylaşılır, xəbərin mahiyyətindən xəbərsiz olanlar rəylər yazır, ittihamlar səsləndirirlər. Belə olduqda meyarlar pozulur. Bu, ənənəvi mediadan fərqli olaraq sosial şəbəkələrdə ani emosional münasibət, isterika yaradır.
Azvision.az
Teqlər: Polis