Metroda problem - Sərnişinlər qatardan çıxarıldı
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a bildirib ki, sərnişinlərdən biri vaqonda fövqəladə hallar üçün nəzərdə tutulan "təcili çıxış" düyməsini basıb. Bu səbəbdən qatarın qapıları bağlanmayıb.
B.Məmmədovun sözlərinə görə, qatarların hərəkət qrafikində gecikmə olmayıb.
Azvision.az