Çindən Azərbaycana gələn turistlərin sayı 62,4 faiz artıb

  24 Yanvar 2020    Oxunub : 1851
 Çindən Azərbaycana gələn turistlərin sayı 62,4 faiz artıb
Ötən il Çindən Azərbaycana gələn turistlərin sayı açıqlanıb.
Dövlət Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, 2019-cu ildə Çindən Azərbaycana 25 min 500 turist gəlib. Bu göstərici 2018-ci illə müqayisədə 62,4 faiz çoxdur. Təkcə ötən ilin dekabr ayında ölkəmizə səfər edən çinli turistlərin sayı 1130 nəfər olub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Turist   Çin   Agentlik