Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanılıb
  24 Yanvar 2020    Oxunub:2144
2020-ci il yanvar ayının 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət   Xronika  





Xəbər lenti