“Azəriqaz”da xüsusi rejim tətbiq olunacaq
Bundan başqa, gözlənilən hava şəraitində qəza hallarının qarşısının operativ şəkildə alınması üçün idarə və müəssisələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Təhlükəsizlik qaydalarına uyğun olaraq qaz paylayıcı stansiya və qaz tənzimləyici məntəqə ərazilərində odlu işlərin görülməsi dayandırılacaq.
“Azəriqaz” abonentlərdən xahiş edir ki, hər hansı qəza nəticəsində baş verən qaz sızmaları, sərfiyyat artdığına görə qazın normal rejimdə verilməsində qeydə alına biləcək çətinliklər və s. hallarda Birliyin 104/185 saylı Çağrı mərkəzinə zəng edə bilərlər. Eləcə də (+99477) 3 104 104 saylı operativ whatsapp nömrəsinə yazılı, səsli və ya görüntülü mesajlarla məlumat verilməsi xahiş olunur.
Azvision.az
Teqlər: Azəriqaz