Əsəd ordusuna hücum: 40 hərbçi öldü, 80 yaralı var

  23 Yanvar 2020    Oxunub : 1480
Əsəd ordusuna hücum: 40 hərbçi öldü, 80 yaralı var
Suriyanın İdlib vilayətində prezident Bəşər Əsədə sadiq ordu ilə Ən-Nusra yaraqlıları arasında döyüşlərdən sonra hökumət qüvvələri de-eskalasiya zonasının cənub-şərqindəki mövqelərini tərk edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, terrorçuların hücumu nəticəsində Bəşər Əsəd ordusunun 40 hərbçisi ölüb, 80 nəfər isə yaralanıb.

Eyni zamanda, hökumət qüvvələrinin 50-yə yaxın terrorçunu məhv etdiyi, daha 90 nəfəri yaraladığı barədə məlumat verilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Suriya   Bəşər-Əsəd   Ordu