Xınalıq istiqamətində yeni yolun bir hissəsi tikilib

Xınalıq istiqamətində yeni yolun bir hissəsi tikilib
  23 Yanvar 2020    Oxunub:2030
"Tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.



Onun sözlərinə görə, layihənin növbəti mərhələsi üzrə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə də start verilib.

"Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək. Hazırda tikinti işləri dəniz səviyyəsindən 1.4-1.5 km hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır. Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır".



Azvision.az


Teqlər: Xınalıq   Yol  





Xəbər lenti