İçərişəhərdə 3040 rəsmi qonaq üçün tur təşkil edilib

  23 Yanvar 2020    Oxunub : 1550
İçərişəhərdə 3040 rəsmi qonaq üçün tur təşkil edilib
2019-cu ildə beynəlxalq əhəmiyyətli tədbirlərlə əlaqədar ölkəyə gələn 3040 rəsmi qonaq üçün İçərişəhərdə tur təşkil edilib. 2018-ci ildə bu rəqəm 2075 olub.
Azvision.az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il muzeylərə gələn şəxslərin sayı 383528 nəfər təşkil edib. Əvvəlki illə müqayisədə bu sahədə 30 faizə yaxın artım olub.

Ə.Ələkbərov əlavə edib ki, mədəni irsin qorunması və təbliği ölkə rəhbərliyinin bu sahədə həyata keçirilən siyasətinin prioritet istiqamətlərindən biridir.

"Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə son illərdə İçərişəhər və Qala Qoruqları ərazisində tarixi mədəniyyət abidələrinin, mədəni irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində bir sıra irimiqyaslı tədbirlər həyata keçirilib".

O, qeyd edib ki, hədəf dəyişməzdir və bütün görülən işlər qədim mədəniyyətə malik İçərişəhər və Qala Qoruqlarının beynəlxalq səviyyəli turizm məkanı, eyni zamanda canlı tarixin obyekti kimi saxlanılması və inkişafına yönəlib.

Aytən Zəhra
Azvision.az

Teqlər: İçərişəhər