Ötən il Bakıda törədilən 65 qətlin üstü açılıb
O bildirib ki, baş vermiş hadisələr 2018-ci illə müqayisədə azalıb: "2018-ci ildə Bakı şəhəri üzrə 11813 hadisə qeydə alınıb. 2018-ci illə müqayisədə ötən il 637 hadisə az qeydə alınıb, yəni 5,4% azalaraq, onların açılma faizi 0,4 % azalaraq 79,8 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 % azalaraq 1278 olub".
İ.Abbasovun sözlərinə görə, 2019-cu ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) 1-i istisna olmaqla, habelə 26 qəsdən adam öldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilib.
2018-ci illə müqayisədə hesabat dövründə quldurluq hadisəsi 3 hadisə az, yəni 73 hadisə qeydə alınıb, onlardan 8-i bağlı qalıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olub, onlardan 2-i bağlı qalıb.
Azvision.az
Teqlər: Cinayət