Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir - VİDEO

  22 Yanvar 2020    Oxunub : 1751
Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir - VİDEO
Yeni tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir.
Azvision.az xəbər verir ki, ötən müddət ərzində keçirilən toplantılarda taqım komandirləri və müavinləri, manqa komandirləri, müxtəlif ixtisaslı gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçular iştirak ediblər.



Toplantılarda kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, pedaqoji hazırlıqlarının yüksəldilməsi istiqamətində nümayiş və göstərici məşğələlər keçirilib, “Hərbi qulluqçu və hərbi kollektivin psixologiyası” mövzusunda mühazirələr oxunub.

Hazırda digər ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi komandir hazırlığı və təlim-metodiki toplantılar davam edir.



Azvision.az

Teqlər: Naxçıvan