Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı - FOTO
"Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar sərnişinlərin istismarına sabahdan veriləcək. Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir”, - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: BNA