Ukrayna radiosunda Ermənistanın işğalçılıq siyasəti pislənildi
Səfir vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli həll edilsə, regionda iqtisadi göstəricilər mövcud vəziyyətdən 2-3 dəfə yaxşı olar.
20 Yanvar faciəsinə toxunan səfir ötən əsrin 90-cı illərinin sonunda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin, Dağlıq Qarabağ bölgəsində separatçı siyasətinin Azərbaycan xalqının kütləvi etirazlarına səbəb olduğunu qeyd edib.
"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc sakinlərə qarşı amansız cinayət törədib. Əslində bu, Mixail Qorbaçovun başçılıq etdiyi səriştəsiz sovet rəhbərliyinin Azərbaycan xalqının iradəsini qırmağa qərar verən xain bir hərəkəti idi. Bununla Azərbaycan xalqının azadlıq və ədalət əzmini sındırmaq istəyirdilər. Lakin əksinə, bu hadisə SSRİ-nin süqutunu tezləşdirdi", - deyə səfir bildirib.
A.Xudiyev müsahibəsində, həmçinin Azərbaycanın iş adamlarının Ukraynaya investisiya yatırımından da söhbət açıb.
Azvision.az