Oqtay Əsədov və Səməd Seyidov İsrailə gedir

Oqtay Əsədov və Səməd Seyidov İsrailə gedir
  22 Yanvar 2020    Oxunub:3153
Milli Məclisin sədri Oqtay Əsədov və qurumun Beynəlxalq və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov yanvar 22-23-də Yerusəlimdə keçirilən Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş "Dünya Holokost Forumu 2020" (World Holocaust Forum 2020) tədbirlərində iştirak edəcəklər.
Azvision.az xəbər verir ki, tədbirlərdə dünya liderlərinin iştirakı gözlənilir.

İsrail Dövlətinin Prezidenti dünya liderlərinin unikal kampaniya vasitəsilə Holokost qurbanlarının anım gününü dəstəkləməyə dəvət edib. “Evanın hekayələri” (Eva Stories) milyonlarla gənclərə Holokost haqqında məlumat verəcək.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti