Ötən il Naxçıvanda 5303 uşaq doğulub

  22 Yanvar 2020    Oxunub : 1115
Ötən il Naxçıvanda 5303 uşaq doğulub
Naxçıvan Muxtar Respublikasında 2019-cu ildə 5303 uşaq doğulub, təbii artım 0,7, doğum göstəricisi 11,5, ölüm göstəricisi 4,5, 1 yaşa qədər uşaq ölümü 1,1 promilli təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, muxtar respublikada Duzdağ Fizioterapiya Mərkəzində duz, Darıdağ Arsenli Su Müalicəxanasında su, Diaqnostika Müalicə Mərkəzində aparılan “Şorsu” vulkanik palçığı ilə müalicələr, eyni zamanda səhiyyə turizminin inkişafına da stimul verir. Nəticədə, muxtar respublikada 2018-ci ildən sanator-kurort müalicələrinə başlanılıb. Ötən il Azərbaycanın digər rayonlarından 447 sağlamlıq imkanları məhdud şəxsin müalicə kursu keçməsi təşkil edilib.

Azvision.az

Teqlər: Naxçıvan   Səhiyyə