İndiyədək MSK-ya cəmi 32 müraciət daxil olub

İndiyədək MSK-ya cəmi 32 müraciət daxil olub
  22 Yanvar 2020    Oxunub:2798
Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 32 müraciət daxil olub.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, ötən ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azalıb: “Hesab edirəm ki, Milli Məclisə seçkilərdə də bunun şahidi olacağıq. İndiyə qədər müqayisə olunmayan bir nəticə əldə olunub. Yəni, bütün tərəflərdən MSK-ya 32 müraciət daxil olub. Bu da aparılan tədbirlərin nəticəsində əldə edilib”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti