Yaxın vaxtlarda Avropa İttifaqı ilə saziş imzalana bilər

 Yaxın vaxtlarda Avropa İttifaqı ilə saziş imzalana bilər
  22 Yanvar 2020    Oxunub:3759
Azərbaycan hökuməti Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə ifadə edib. Biz bu prinsipimizə sadiqik.

Azvision.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sazişi üzərində iş aparılmaqdadır:
"Güman edirəm ki, yaxın zamanlarda bu sahədə işlər tamamlandıqdan sonra Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalanacaq və əməkdaşlıq sferaları geniş sahələrdə uğurla həyata keçiriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əli-Əhmədov   YAP     Saziş  





Xəbər lenti