Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpaqlarından zorla, silah gücü ilə çıxarması Fəxrəddin Şahbazovu da narahat edib. Fəxrəddin könüllü olaraq cəbhəyə gedib, qaynar döyüş meydanlarından reportajlar hazırlayıb. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq, cəbhəyə getməkdə davam edib.
1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törədiblər. Dinc sakinlər qətlə yetirilib, kəndlər yandırılıb. 20 noyabr 1991-ci ildə dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşüblər.
Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə tutublar. Vertolyot yerə düşərək parçalanıb və bütün heyət həlak olub. Şəhidlərin arasında Şahbazov Fəxrəddin də olub.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Bakı şəhərinin Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır. Həmçinin, İmişli şəhərindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adınadır.
Şəhid ailəli idi, iki övladı yadigar qalıb.
Azvision.az
Teqlər: MilliQəhrəman Şəhid