Hepatit və vərəmə yoluxma halları azalıb

  21 Yanvar 2020    Oxunub : 1576
Hepatit və vərəmə yoluxma halları azalıb
Ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qonokokk infeksiyası ilə (45,5 faiz), Hepatit B virusu ilə (29,4 faiz), Hepatit C virusu ilə (19,8 faiz), sifilis ilə (13,5 faiz), su çiçəyi ilə (8,2 faiz), ağciyər vərəmi ilə (2,4 faiz) xəstələnmə halları azalıb.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı qonokokk infeksiyası üzrə 45,8 faiz, hepatit B virusu üzrə 30,8 faiz, hepatit C virusu üzrə 18,2 faiz, sifilis üzrə 13,8 faiz, su çiçəyi üzrə 9,0 faiz, ağciyər vərəmi üzrə 3,2 faiz azalıb.

Bundan əlavə, kəskin poliomielit, epidemik parotit, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yeni doğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.

Azvision.az

Teqlər: Statistika   Komitə   Xəstəlik   Hepatit