Xızıda itkin düşən ana və 3 uşağı tapıldı

Xızıda itkin düşən ana və 3 uşağı tapıldı
  22 Yanvar 2020    Oxunub:2731
Xızıda itkin düşən ana və 3 övladı tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən məlumat verilib.

İtkin düşən 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayev Bakıda tapılaraq Xızı Rayon Polis Şöbəsinə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil veriləcək.

Qeyd edək ki, ana və 3 övladı yanvar ayının 17-də itkin düşmüşdü.

Azvision.az



Teqlər: Xızı   İtkin   Ana   Uşaq   Bakı   Polis  





Xəbər lenti