İlham Əliyev Davosda Çavuşoğlu ilə görüşdü

 İlham Əliyev Davosda Çavuşoğlu ilə görüşdü
  22 Yanvar 2020    Oxunub:3435
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüşlərin münasibətlərimizin möhkəmlənməsində rolu qeyd edilib. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrin önəmi vurğulanıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Türkiyə   Çavuşoğlu   Davos  





Xəbər lenti