Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 27 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 40 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 106 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 76 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 2 santimetr azalaraq 407, Şirvan məntəqəsində 6 santimetr azalaraq 233, Bankədə 3 santimetr azalaraq 180, Salyan məntəqəsində isə dəyişməyərək 182 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 139 santimetr təşkil edib.
Azvision.az