Sosial sığınacaqlara 340 nəfər qəbul olunub

Sosial sığınacaqlara 340 nəfər qəbul olunub
  21 Yanvar 2020    Oxunub:3148
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə bu günədək 340 nəfər qəbul edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onlardan 225-i 18 yaşdan yuxarı şəxslər, qalanları yetkinlik yaşına çatmayanlar olub. Hazırda iki müəssisədə 61 nəfər (o cümlədən 18 yaşdan yuxarı 49, yetkinlik yaşına çatmayan 12 nəfər) stasionar şəraitdəreabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.

Bu müəssisələrin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Onlarda qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Əsas məqsəd həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adapatasiyasıdır və bu məqsədlə sosial sığınacaqlara qəbul edilmiş insanların sosial reabilitasiyası işləri də aparılır.

Eyni zamanda, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaqda uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun tədbirlər həyata keçirilir. Sosial Sığınacaqdan sonrakı dövrdə daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə müvafiq işlər görülür.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti