Gəncənin “Avtozavod” qəsəbəsində qaz yoxdur

Gəncənin  “Avtozavod” qəsəbəsində qaz yoxdur
  21 Yanvar 2020    Oxunub:1990
Gəncədə bəzi abonentlərin təbii qazla təminatında fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, yanvarın 21-də saat 15:00 radələrində Gəncə şəhərinin “Avtozavod” qəsəbəsi adlanan ərazidə tikinti-abadlıq işləri aparan şirkətin əməkdaşları texnika ilə diametri 160 millimetr olan yeraltı polietilen qaz kəmərini zədələyiblər.

Texniki təhlükəsizlik qaydalarına uyğun olaraq həmin ərazinin qaz təchizatı dayandırılıb. Nəticədə xeyli sayda abonentin təbii qazla təminatında fasilə yaranıb. Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti