Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı

 Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı
  21 Yanvar 2020    Oxunub:2347
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciətlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib: “G. Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən prosesdə onun iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti