“Çindən gələn insanları nəzarətə götürməliyik” - Baş infeksionist

  21 Yanvar 2020    Oxunub : 3584
 “Çindən gələn insanları nəzarətə götürməliyik” - Baş infeksionist
Çində aşkarlanan sətəlcəmin yeni növünün Azərbaycanda yayılma riski çox aşağıdır.

Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, yeni virus hava-damcı, qida, ərzaq məhsulları və təmasla insanlara yoluxa bilər.
“Yeni virus koronoviruslara daxildir. Koronovirusların 37-dən artıq növü var. Bunların bir qismi çox yüngül xəstəlik törədir. Bütün dünyada resperator virus infeksiyaları ilə xəstələnmə hallarının 4-9 faizi koronovirusların payına düşür. Xəstəlik yüngül keçir və heç bir ağırlaşma baş vermir. Amma koronovirusların bəzi növləri var ki, ağır gedişə malik olur və kliniki olaraq tənəffüs yolları və ağciyərin zədələnməsinə səbəb olur. Bu da son nəticədə ağciyər çatışmazlığının inkişafına və xəstənin tələf olunmasına gətirib çıxara bilir. Yaxın Şərq resperatoru əlamətləri keçən virus növü də var. Kliniki gedişi ağır olur, 35 faiz halda ölümə səbəb olur. Bu növün biri Çində aşkar olunan yeni koronoviruslar hesab olunur. Virus deyilənə görə dəniz məhsulları ilə yoluxur. O virusların yoluxması digər resperator infeksiyalara nəzarən zəifdir. Gərək, o qədər sıx təmasda olasan ki, virusa yoluxasan”.

C.İsayev qeyd edib ki, yeni virus qida məhsulları ilə yoluxanda bağırsaq pozğunluğuna, hava-damcı ilə yoluxanda tənəffüs yollarının, ağciyərlərin zədələnməsinə səbəb olur.



“Çinə gedən insanlar özlərini gözləməlidir, zökəm əlamətləri müşahidə edilən insanlardan uzaq durmaq lazımdır. Ən azından maska geyinməlidirlər. Xəstəliyin geniş yayıldığı regionlara getməməlidirlər. Hazırda Çində 200-dən çox insanın xəstələndiyini deyilir, amma real rəqəmlər yüksəkdir. Bu səbəbdən Çindən ölkəmizə gələnləri nəzarətə götürməliyik. Səhiyyə Nazirliyi bununla bağlı tədbirlər planı işləyib hazırlayır. Onlar nəzarətə götürülməli, xəstə insanlar izolyasiya olunaraq nəzarət altında saxlanılmalıdır”.

Baş infeksionist, həmçinin qeyd edib ki, yeni viruslar soyuğa davamlıdır: “Digər resperator infeksiyalar kimi qış dövründə təsadüf olunur. Bu virus otaq temperaturunda 10-15 dəqiqədə məhv olur. Dezinfeksiyaedicilərə qarşı həssasdırlar. Ona görə insanlar əlllərini tez-tez sabunla yumalı, dezinfeksiyaedicilərdən istifadə etməlidirlər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Çin   Virus