Quldurluq edən dəstə üzvləri saxlanıldı - Foto
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R. Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsinin törədilməsini təşkil edib. Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləri Hüseyn Cəfərov və Vüsal Quliyev köməklik göstərib. Hər üç şəxs saxlanılaraq RPŞ-yə gətirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az