"92 beynəlxalq müşahidəçi akreditasiyadan keçib" - MSK sədri

   "92 beynəlxalq müşahidəçi akreditasiyadan keçib" -    MSK sədri
  19 Yanvar 2020    Oxunub:2854
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 22746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

M.Pənahov qeyd edib ki,, hazırda bu proses davam edir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat   Müşahidəçi  





Xəbər lenti