Məzahir Pənahov namizədlərə əmlakla bağlı çağırış etdi

  17 Yanvar 2020    Oxunub : 2608
 Məzahir Pənahov namizədlərə əmlakla bağlı çağırış etdi
Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər. Elə namizədlər var deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb”. Buna nə cür inanmaq olar?
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər buna tutarlı bir səbəb də gətirmirlər: “Adi bir səhvə görə onların namizədlikləri qeydə alınmır. Burdan belə bir məntiqi nəticə çıxır ki, bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm”.

M.Pənahov bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə verib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki