Heydər Əliyev prospektində sürət həddi endirildi

   Heydər Əliyev prospektində sürət həddi endirildi
  17 Yanvar 2020    Oxunub:4008
Bu gündən Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasından Mərdəkan şossesinə qədər) yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endirilib.
Azvision.az xəbər verir ki, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənir.

Belə ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Bu gündən sürət hədlərinin endirilməsi təmin olunub.

Azvision.az



Teqlər: Sürət  





Xəbər lenti