Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının gizli saxlanc yerlərində xüsusi qaydada hazırlanan paketdə gömrük nəzarətindən gizlədilən, üzərində "King" yazılan 14 000 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az