Seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu ilə bağlı seminar-müşavirə keçirilib - FOTOLAR

   Seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu ilə bağlı seminar-müşavirə keçirilib -    FOTOLAR
  16 Yanvar 2020    Oxunub:2794
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə Prezident Administrasiyasının, MSK-nın rəsmiləri və KİV-lərin nümayəndələri iştirak ediblər.



MSK sədri Məzahir Pənahov seçkilərin işıqlandırılmasında medianın mühüm rol oynadığını qeyd edib. O bildirib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir:



“Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür. MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. MSK bütün seçkiləri Seçki Məcəlləsinin, beynəlxalq standartların tələblərinə uyğun keçirməyə səy göstərir”.



Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova seçkilər zamanı medianın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Onun sözlərinə görə, media seçkiləri obyektiv və operativ şəkildə işıqlandırmalı, seçkiqabağı təşviqat dövründə bütün namizədlərə bərabər şərait yaratmalıdır.

Digər çıxışçılar da seçkilər zamanı medianın rolu və əhəmiyyəti haqqında danışıblar.







Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: MSK   Seçki   KİV  





Xəbər lenti