DSMF-nin gəlirlərinin 4,1 milyard manat olması gözlənilir

   DSMF-nin gəlirlərinin 4,1 milyard manat olması gözlənilir
  16 Yanvar 2020    Oxunub:3725
2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 4 milyard 825,5 milyon manat olması gözlənilir.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, DSMF-nin gəlirləri 2019-cu ildə 4 milyard 128,1 milyon manat olub.

"2020-ci ildə Fonda dövlət büdcəsindən transferlərin 29,6 faiz olması gözlənilir. Ötən il isə bu rəqəm 32,8 faiz olub. DSMF-ə yığılan vəsaitlər pensiya və məcburi ödənişlərin ödənilməsi üçün kifayət etmir. Buna görə də dövlət tərəfindən subsidiya ayrılır. Bizi Fonda yığılan vəsaitin həcminin hansı hissəsinin vətəndaşlar tərəfindən və hansı hissəsinin dövlət tərəfindən subsidiya kimi verilməsi maraqlandırır. İllər üzrə yığım artır və subsidiya fondundan asılılıq azalır. 5 ildə 10 faizə yaxın xüsusi şəkildə azalma olub".

Aytən Zəhra
Azvision.az


Teqlər: DSMF   Mikayıl-Cavvarov  





Xəbər lenti