BMT rəsmisi: "Azərbaycanla sıx əməkdaşlıq edirik"

   BMT rəsmisi:    "Azərbaycanla sıx əməkdaşlıq edirik"
  16 Yanvar 2020    Oxunub:2024
Azərbaycan ətraf mühitə çox təsir edən ölkə deyil, amma istərdik ki, Azərbaycan iqlim dəyişikliyinə görə daha güclü sistem qura bilsin.
Azvision.az xəbər verir ki, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrinin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsaqzayi deyib.

Hökumət qurumlarının bacarıqlarının artırılmasını vacib sayan Q.İsaqzayi qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olmağı əsas hədəf kimi qarşısına qoyub.

BMT rəsmisi Azərbaycan hökumət ilə sıx əməkdaşlıq şəraitində çalışdığını bildirib :"Azərbaycan bu məqsədləri icra etmək istəyirsə, 2030-cu ilə olan gündəliyə öz təkliflərini verməlidir. Bu tarixdə görülməmiş gündəlikdir. İqlim dəyişikliyi, bərabərliyin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması məsələsini BMT özü tam mənada icra edə bilməz".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti