“Azərbaycan əsas hədəflərini müəyyən edib” - Əli Əhmədov

“Azərbaycan əsas hədəflərini müəyyən edib” -  Əli Əhmədov
  16 Yanvar 2020    Oxunub:2526
Azərbaycanın inkişaf strategiyasını BMT-nin inkişaf strategiyası ilə uyğunlaşdırması dövlətimizin əsas hədəflərdindir.
Azvision.az xəbər verir ki, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Baş Nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanla BMT arasında əməkdaşlıq hər zaman hökumət tərəfindən yüksək qiymətləndirilib. Bu əməkdaşlıq Azərbaycana indiyədək böyük faydalar verib: "Güman edirəm ki, əməkdaşlığımız bundan sonra da davam edəcək. Azərbaycanın BMT ilə əlaqələri müxtəlif sahələri əhatə edir".

Ə.Əhmədov əlavə edib ki, Azərbaycan son 30 ildə ən uğurlu ölkələrdən biridir: "Azərbaycan iqtisadiyyatı inkişaf edib, əhalinin həyat şəraiti ciddi şəkildə yaxşılaşıb. Azərbaycan azsaylı ölkələrdən biridir ki, özünün illik milli hesabatını verib. Bu, onu göstərir ki, Azərbaycan BMT-nin 2030-cu ilədək olan qlobal hədəflərinə nail olmaq üçün səylərini göstərir. Azərbaycan 2030-cu il layihəsi üzrə əsas hədəflərini müəyyən edib. Əsas hədəf odur ki, Azərbaycanın milli inkişaf proqramı BMT-nin müəyyən etdiyi strategiyaya uyğun gəlsin".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əli-Əhmədov   BMT  





Xəbər lenti