Gəncədə 14 ədəd top mərmisi aşkarlanıb

Gəncədə 14 ədəd top mərmisi aşkarlanıb
  16 Yanvar 2020    Oxunub:2629
Yanvarın 15-də saat 18:26-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Gəncə şəhəri, “Kukla” teatrının yaxınlığında 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə Regional Mərkəzinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Gəncə çayının sağ sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əl arabasında 4 ədəd 122 millimetrlik top mərmisi (OF-56-1) aşkar olunub, ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış zamanı məişət tullantıları ərazisindən daha 10 ədəd 122 millimetrlik top mərmisi (OF-56-1) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Azvision.az



Teqlər: ANAMA   Mərmi   Gəncə  





Xəbər lenti