MSK DSK-nın qərarını ləğv edib

 MSK DSK-nın qərarını ləğv edib
  15 Yanvar 2020    Oxunub:2429
Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı namizədin Mərkəzi Seçki Komissiyasına müraciəti təmin edilib.
Azvision.az xəbər verir ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib.

R.Abbasov müraciətində qeyd edib ki, Dairə Seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb ki, həqiqətən də Dairə Seçki Komisiyyası qərarında aidiyyatı olmayan maddələr sadalayıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib. Buna görə də, Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

Mərkəzi Seçki Komissiyasının üzvləri təklif ediib ki, 35 saylı seçki dairəsi xüsusi nəzarətə götürülsün.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Deputat   Parlament  





Xəbər lenti