Qanunsuz parklanmaya xüsusi avtomobillərlə nəzarət ediləcək - FOTO
Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar video-çəkilişlə qeydə alınacaq. Avtomobildə olan əməkdaş isə istifadəsində olan bort-kompüter vasitəsilə dayanma və durma qaydalarını pozan sürücü barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edə biləcək. Bununla da əməkdaşın sürücülərlə hər hansı ünsiyyəti olmadan, xidməti avtomobilləri dayandırmadan qanunsuz parklanma hallarına daha geniş sahədə və daha səmərəli nəzarət mümkün olacaq.
Qeyd olunub ki, Bakı Nəqliyyat Agentliyinin başlıca məqsədi paytaxtın küçə və prospektlərində fasiləsiz və təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyinin təmin etməkdir.
“Bunu nəzərə alaraq, bu avtomobillərlə mobil nəzarət tədbirləri tıxac və sıxlığın daha çox müşahidə edildiyi yol sahələrində, xüsusən də, avtobus dayanacaqlarının zəbt edildiyi yerlərdə həyata keçiriləcək.
Bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edirik”, - deyə BNA-nın məlumatında bildirilib.
Azvision.az
Teqlər: BNA Avtomobil Parklanma