Azərbaycana gələn əcnəbilərin sayı artıb

 Azərbaycana gələn əcnəbilərin sayı artıb
  15 Yanvar 2020    Oxunub:4565
2019-cu il ərzində Azərbaycana 3 170 321 əcnəbi gəlib.

Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2018-ci illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayında 11 faiz artım qeydə alınıb: "Ötən il olduğu yer üzrə 680 794 nəfər qeydiyyata düşüb. 2018-ci illə müqayisədə 8 faiz azalma qeydə alınıb. Bundan əlavə, ötən il 45 193 nəfər müvəqqəti yaşamaq üçün icazə alıb. 2018-ci illə müqayisədə 10 faiz artım müşahidə olunub. Müvəqqəti yaşamaq üçün icazə alanlardan 9978 nəfəri Türkiyə vətəndaşı, 8023 nəfəri Rusiya, 5758 nəfəri Gürcüstan, 3791 nəfəri İran, 2487 nəfəri Pakistan, 15156 nəfər isə digər ölkələrin vətəndaşlarıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vüsal-Hüseynov   Miqrasiya-Xidməti  





Xəbər lenti