DİN-dən polisin yeni geyim forması ilə bağlı açıqlama
E.Zahidov bildirib ki, bu yenilik dövlətimizin başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədardır: "Belə ki, göstərişdə bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin edilməsi tələb olunurdu. Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlə görüldü. Artıq bildiyiniz kimi, ötən gündən başlayaraq Yol Patrul Xidməti əməkdaşları bu müasir xüsusi geyim formasından istifadə edirlər. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcəklər. Yeni formalar müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir".
Azvision.az