Yolu keçən iki piyadanı maşın vurub öldürdü

Yolu keçən iki piyadanı maşın vurub öldürdü
  14 Yanvar 2020    Oxunub:2518
Paytaxtın Xəzər və Nərimanov rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yolu keçən paytaxt sakini Mayıl Ağayev Bakı şəhər sakini Z.Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nərimanov rayonunun F.X.Xoyski küçəsində isə yolu keçən paytaxt sakini Əlimusa Əmirov Füzuli rayon sakini N.İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisələrlə bağlı Xəzər və Nərimanov Rayon Polis idarələri tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada   Qəza  





Xəbər lenti